“Cüməyrə” yeni hamisi oldu

Allsport.az saytı xəbər verir ki, yeni mövsümün başlanma ərəfəsində “Uilyams” daha bir sponsoru cəlb edib. Komandanın tərəfdaşı məşhur “Burj əl Ərəb”i idarə edən Dubayın otellər şəbəkəsi “Cüməyra”dır. Əməkdaşlıq çərçivəsində tərəfdaşın loqoları Aleks Albon və Loqan Sarcentın bolidlərinin üzərində nümayiş olunacaq.

Kommersiya direktoru Ceyms Bauyer sozləşmə barədə bunu deyib: “ Biz yeni əməkdaşlığımızdan məmnunuq. Şirkətin iddialı inkişaf vizyonu var. Tərəfdaşımızın strateji inkişaf trayektoriyası onları bizimlə partnyorluq seviyyəsinə gətirib. Bu mövsüm onlarla iş birliyimizdən əldə edəcəyimiz yeni təssüratları səbirsizliklə gözləyirik”.

Həmin kateqoriyadan