Daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş

Mayın 14-də velosiped federasiyasının təşkilatçılığı ilə daun sindromlu uşaqlara dəstək məqsədilə veloyürüş keçirilib.

Allsport.az saytı xəbər verir ki, Azneft meydanından start verilən veloyürüşdə AVF-in prezidenti Mədət Quliyev, ölkəmizdə qonaq olan, daun sindromlu uşaqlara dəstək məqsədilə “Bike Up&Down” layihəsini yaradaraq, dünyanın bir çox ölkələrinə velosipedlə səfər edən fransalı cütlük Devi və Emilie Sançis, paravelosipedçilər və həvəskar idmançılar iştirak ediblər.

Veloyürüş iştirakçıları dənizkənarı bulvarla hərəkət edərək “Hərbi qənimətlər” parkının qarşısında yürüşü başa vurublar.

Həmin kateqoriyadan