Dövlət sərhəd xidmətinin atçılıq mərkəzinin yubiley tədbiri

Dövlət sərhəd xidmətinin atçılıq mərkəzinin yaranmasının 15-ci ildönümü münasibəti ilə tədbir keçirilib. Allsport.az saytı xəbər verir ki, toplantıda atçılıq federasiyasının prezidenti Elçin Quliyev, gənclər və idman naziri Fərid Qayıbov, nazir müavini Mariana Vasileva, digər qonaqlar və qurumun şəxsi heyəti iştirak ediblər.

Mərasim iştirakçıları öncə mərkəzin ərazisində yaradılmış şəraitlə tanış olublar, Dövlət Sərhəd Xidmətinin və Atçılıq Mərkəzinin fəaliyyəti ilə bağlı fotosərgiyə baxıblar.

Yubiley mərasimində Dövlət Sərhəd Xidmətinin Hərbi Orkestrinin ifasında marşlar və musiqilər təqdim olunub, “Sərhədçi” Mədəniyyət Mərkəzinin rəqs qrupu milli rəqslərimizdən ibarət xüsusi proqramla çıxış ediblər.

Atçılıq Mərkəzinin qapalı manejində “Süvarilər” qrupu maraqlı proqram nümayiş etdirib. Açıq manejdə konkur komandasının nümunəvi çıxışları nümayiş etdirilib, eləcə də polo və çövkən komandalarının oyunlarına baxış keçirilib.

Nazir Fərid Qayıbov Hərbi Hissənin ərazisində yaradılmış imkanlarla tanış olub, müasir tipli atçılıq mərkəzinin fəaliyyəti, nailiyyətləri, uğurları, beynəlxalq yarışlarda və tədbirlərdə iştirakı barədə məlumat verilib.

Tədbirdə Mərkəzin kollektivinə və idmançılarına mükafatlar təqdim edilib.

Həmin kateqoriyadan

AzerbaijaniEnglishRussianTurkish