- Baxış sayı: 42
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 71
- Sentyabr 17, 2026
- 0

UFC-nin sabiq çempionu Konor Makqreqor yeni televiziya layihəsində aparıcı və icraçı prodüser kimi fəaliyyət göstərəcək. Allsport.az xəbər verir ki, “Foks” TV “dünyanın ən sərt döyüşçüsü” adlı sənədli şou hazırlayacaq.
Layihənin premyerası 2027-ci ilin yayına planlaşdırılıb. Şou canlı yayımlanacaq final turniri ilə başa çatacaq.
Makqreqor bildirib ki, turnirdə dünyanın ən güclü döyüşçüləri dözümlülük, xarakter və iradələrini sınamaq üçün mübarizə aparacaqlar:
“Dünyanın ən sərt döyüşçüsü” şousunun aparıcısı olmaqdan qürur duyuram. Bu layihə dünyanın ən güclü döyüşçülərini bir araya gətirəcək və yeni standart müəyyən edəcək”.
Serial sənədli formatla yanaşı, döyüşçülərin iştirakı ilə keçiriləcək turniri də əhatə edəcək. Turnirin qalibi canlı yayımda müəyyənləşəcək.