“Edelveys” sərnişinlərə uçuş zamanı ən yaxşı xidməti təmin edir

İtaliya komandası və İsveçrənin “Edelveys” aviaşirkəti uzun müddətli əməkdaşlıq ilə bağlı razılığa gəlib. Allsport.az saytı xəbər verir ki, “Sauber” qrupunun idarəedici direktoru Alessandro Alunni Bravi fikrini belə bölüşüb:

”İki ildən sonra “Edelveys” ilə tərəfdaşlığımızı genişləndirməkdən məmnunuq. İsveçrə aviaşirkəti bütün dünyada öz keyfiyyətini və səmərəliliyini qürurla təmsil edir. Sərnişinlərə uçuş zamanı ən yaxşı xidməti təmin edir.

Şirkət sosial və ekoloji cəhətdən çox məsuliyyətlidir. Partnyorumuz ”Alfa Romeo” kollektivinin və “Sauber” qrupunun fikirləri ilə həmrəydir. Biz Formula-1 yarışlarında uğur qazanmaq üçün birlikdə səyahətlər edəcəyimizdən səbirsizlənirik”.

Həmin kateqoriyadan