- Baxış sayı: 47
- 15 İyul 2026 01:17
- Baxış sayı: 63
- İyul 15, 2026
- 0

Şimali Makedoniyanın paytaxtı Skopyedə gənc güləşçilərin Avropa çempionatında Azərbaycan fırtınası davam edib. Allsport.az xəbər verir ki, həmişə olduğu kimi, bu dəfə də hər 3 növdə qızıl medal qazanılıb. “Sərbəstlər”də 2 kərə Azərbaycan himni səsləndirilib. Burada ən diqqət çəkən məqam, 70 kq-da Hacı Kərimovun rəqiblərini böyük hesabla, özəlliklə, xal vermədən üstələməsi olub – 1/8 finalda belaruslu Vladislav Seyzovu 10:0, 1/4 finalda slovakiyalı Dominik Zavackini 10:0, 1/2 finalda rusiyalı Ramazan Əbdülqədirovu 7:0 və finalda Fransanı təmsil edən Baysangur Bitmirzəyevi 10:0 yenib.
Həmin oxşar durum uzaq keçmişdə, amma olimpiya oyunlarında, Atlanta-1996-da qeydə alınmışdı. Namiq Abdulayev, bolqarıstanlı Valentin Yordanovla həlledici tutaşmaya qədər ABŞ-dan Lu Rosellini 7:0, yaponiyalı Hideo Sasayamanı 11:0, özbəkistanlı Ədhəm Açilovu 11:0, iranlı Qulmarza Məhəmmədini 11:0 məğlub etmişdi. Finalda balkanlı titullu sərbəst güləşçiyə tərəfkeşlik və rəğbət olmasaydı, həmyerlimiz onu da quru hesabla yenəcəkdi, görüş əlavə vaxta (3:3) uzanmayacaqdı.
Yunan-Roma güləşində yeganə qızılı Emin Cavadlı (55 kq) finalda ermənistanlı Edqar Petrosyana “tuş”la qalib gələrək qazanıb. Qızlarda Ruzanna Məmmədova (62 kq) 3-cü dəfə bu yaş bölməsində Avropa çempionu olub. İstedadlı idmançımız fədakarlıq hesabına qələbəni sonda bayram edib. Dünya güləş birliyinin təqdim etdiyi rəsmi çəkilişlərində bu açıq diqqət çəkib (sözsüz ki, bu uğurda AGF-in baş katibi Pərvin Piriyev və təzə komandasının, eləcə də məşqçilərimizin böyük payları var):






