Fernando Alonso günün ən sürətlisidir

Allsport.az saytı xəbər verir ki, “Aston Martin” komandasının sürücüsü Bəhreyn qran prisinin 2-ci sərbəst yürüşlərində hamıdan sürətli olub. İspaniyalı fikirlərini belə bölüşüb:

”Komanda düzgün istiqamətdə daha bir addım atdı. Yeni AMR-23 yaxşı idarə olunur. Hadisələrin necə inkişaf edəcəyini gözləmək lazımdır. Mən komanda ilə birgə çalışıram. İclaslarımızda mütəmadi müzakirələrimiz olur. Hər gün öyrənməyə davam edirik.

İlk yarışın nəticəsini gözləyirik. İndiyədək yalnız sınaqları uğurla başa vurmuşuq. Ləns Strolun öz baxış prizması var. Strol gördüyü işlərdə iddialıdır. Çempionatın liderlər ilə mübarizəyə qoşulmamız zaman məsələsidir”.

Həmin kateqoriyadan