“Ferrari” yeni yarış bolidinin adını açıqladı

Allsport.az saytı xəbər verir ki, avtomobilin təqdimatına bir həftə qalmış komanda yeni modelin SF-23 adlandırıb. Bu komandanın hibrid dövrü ilə bağlı açıqlamasıdır. SF “Skuderia Ferrari”, 23 isə 2023-cü ilin şifrəsidir. Təqdimat Müqəddəs Valentin günündə Maranello bazasında azarkeşlər üçün təşkil olunacaq.

Xatırladaq ki, 2017-2018 ci illərdə bolidlər SF70H-SF71H adlanıb. Bu “Ferrari”nin 70-illik yubileyi ilə əlaqələndirilib. 2019-cü ildə komandanın sürücüləri SF90- modelində mübarizə aparıb. 2020-ci ildə isə SF1000 adlı bolid ilə “Skuderia” 1.000-ci yarışına çıxıb.

Həmin kateqoriyadan