“Ferrari” yeni mövsümə uğurla başladı: Lekler – Sayns – Həmilton

Bəhreyndə Formula-1 üzrə dünya çempionatına start verilib. Allsport.az saytı xəbər verir ki, komandalar 5412-metrlik Saxir trasında 57 dövrə vurublar. Gərgin rəqabətdə “Ferrari”nin sürücüləri mövsümə möhtəşəm başlayıblar.

Şarl Lekler 1 saat 37:33.584 saniyə ilə finişə 1-ci çatıb. Monakolu pilotdan 5.598 saniyə geri qalan Karlos Sayns 2-ci olub. İlk üçlüyü “Mersedes”dən Lüis Həmilton qapayıb.

Mühəndislər kubokunda “Ferrari” 44 xalla ilk sıradadır. Almaniya təmsilçisi 27 xal ilə 2-ci, “Haas” 3-cüdür (10 xal).

Növbəti ötüşmə 1 həftə sonra Səudiyyə Ərəbistanında baş tutacaq. Komandalar 6174-metrlik Ciddə trasında 50 dövrə vuracaqlar.

Kamran HACI

Həmin kateqoriyadan