“Ferrari”nin başçısı: İspaniya mükafat yarışında 2-ci yer ovqatımızı korlamamalıdır

“Ferrari” komandasının rəhbəri Mauritsio Arrivabene İspaniya qran-prisində 2-ci yeri tutmaqla, ovqatın aşağı düşməcəyini bildirib. Allsport.az saytı f-1.az-a istinadla xəbər verir ki, Sebastyan Fettel startda 1-ci yerə yüksəlsə də, “Mercedes” daha yaxşı strategiya seçmiş və Lüis Həmilton sonradan 29 yaşlı həmkarını geridə qoymuşdu.

“Yarışda hər şey təkərlərdən asılı idi. Strategiya cəhətdən səhv etdiyimizi düşünmürəm. Sadəcə Bottası geridə qoymaq düşündüyümüzdən uzun çəkdi və Lüis bunu yaxşı dəyərləndirərək aradakı fərqi azaltdı.

Medium təkərlər Soft-lara nisbətən yavaş olduğu üçün sonuncu pitdən sonra geriyə düşdük. Yarışın sonuna yaxın Soft təkərlərin yeyilməsini gözləyirdik, amma alınmadı və qələbəni əldən verdik. Amma nəticəni qəbul edərək, növbəti yarışları düşünməliyik” – deyə, Mauritsio Arrivabene əlavə edib.

Həmin kateqoriyadan