- Baxış sayı: 58
- 09 İyul 2025 17:49
- Baxış sayı: 220
- İyul 17, 2025
- 0
Keçmiş Formula 1 sürücüsü və hazırkı ekspert Conni Herbert açıqlama verib.
Allsport.az xəbər verir ki, o, İspaniya qran prisində “Red Bull” komandasının pilotu Maks Ferstappenlə “Mersedes”in üzvü Corc Rassel arasında baş verən insidentlə bağlı danışıb:
“Niko Rosberqlə tamamilə razıyam. Ferstappen qara bayrağa layiq idi və diskvalifikasiya edilməli idi. Müəyyən bir məqamda, həddindən artıq insident olarsa, sürücüyə qarşı sərt olmalısan. Ferstappen trasda ən yaxşı sürücüdür, o, ən yaxşı bacarığına və vəziyyəti mühakimə etməyə malikdir, lakin bunlar təkrarlanır. Aydındır ki, Ferstappenin manevri qəsdən olub. O, döngədə sürətini azaldıb, sonra hücuma keçib və Rasselin üstünə sürərək mövqeyini bərpa edib”.