- Baxış sayı: 45
- 23 Aprel 2025 15:27
- Baxış sayı: 93
- Aprel 27, 2025
- 0
“Maklaren”in pilotu Lando Norris “Red Bull”un üzvü Maks Ferstappenin rekord seriyasının qarşısını alıb.
Allsport.az xəbər verir ki, Böyük Britaniya təmsilçisi buna Avstraliya qran prisində finiş xəttini birinci keçməklə nail olub. Ferstappen sıralamada 2-ci olub.
Niderlandlının seriyası 1029 gün davam edirdi.
Maks Ferstappen 2022-ci il mayın 22-də İspaniya qran prisini qazandıqdan sonra pilotların reytinq sıralamasına liderlik edirdi.