“Force India”nın rəhbəri: Azərbaycandakı debüt yürüşünün maraqlı olacağına ümid edirəm

““Force India” iki maşınla ard-arda iki yürüşdə xallar qazana bildi və komanda bu həftə uğurlu seriyanı Bakıda da davam etdirmək niyyətindədir”. Allsport.az saytı xəbər verir ki, bunu komandanın rəhbəri Vicay Malya deyib. “Kanada yürüşü mövsümün əvvəlindən bəri “Force India”nın tədricən tərəqqisinin daha bir göstəricisi oldu. Bütün həftəsonu biz yaxşı temp göstərdik, yürüşdə isə istədiyiniz nəticəni əldə etdik.

Bu, rəqiblər üzərində üstünlüyü artırmağa və Konstruktorlar kubokunun beşinci pilləsində möhkəmlənməyə imkan verdi. Qarşıda Bakı yürüşünə, dünya çempionatının təqvimində yeni mərhələyə hazırlıq durur. “Formula-1 yeni ölkəyə qədəm qoyur. Azərbaycandakı debüt yürüşünün maraqlı olacağına ümid edirəm.

Konfiqurasiya mənə Sinqapur trasını xatırladır, lakin bəzi döngələr ötüb keçməkdən ötrü kifayət qədər genişdir. Maşınımızın nə dərəcədə rəqabət qabiliyyətli olacağını bilmirəm. Amma Azərbaycana yaxşı əhval-ruhiyyə və daha bir uğurlu nəticə ümidi ilə gələcəyik”.

 

Həmin kateqoriyadan