Formula-1 filmi üçün Bred Pitə kömək edir

Lüis Həmilton, hazırda Bred Pitə bu il çəkilişlərə başlanılacağı Formula-1 filmində tərəf müqabili seçməkdə kömək edir. Allsport.az saytı xəbər verir ki, Hollivud ulduzu ötən ilin oktyabrında prodüser Cerri Bruqhaymer, rejissor Co Kosinski və yazıçı Eren Krügerlə birlikdə F-1 komandaları və rəsmiləri ilə layihəni müzakirə etmək üçün ABŞ qran prisinə qatılıb.

7-qat dünya çempionu layihədə produser-məsləhətçi qismində, öz şəxsi “Davn Apollo Films” şirkətinin adından iştirak edir. Bu günlərdə pilot Formula-1 yarışlarının həftə sonları ekranlaşdırılacaq kadırların baş rolunda Bred Pitin çəkiləcəyini açıqlayıb:

Hazırda biz Bredlə yanaş, qadın personajın axtarışındayıq. Mən çox istəyirəm ki bu film çempionatın gələcəyini təsvir etsin. Burada qadın mexaniklərin da yer almağını istəyirəm. Bu çox həyacanlıdır”.

Həmin kateqoriyadan