Formula-1 günlərində Bakıda havanın günəşli olacağı ehtimal edilir

Azərbaycan qran-prisi günlərində havanın əsasən günəşli olacağı vəd edilir. Allsport.az saytı xəbər verir ki, cümə günü Bakıda hava az buludlu olacaq, gündüz temperatur müsbət 27 dərəcəyədək yüksələcək.

Sinoptiklər şənbə və bazar günlərində də havanın günəşli olacağını, temperaturun müsbət 28 dərəcəyə çatacağını proqnozlaşdırırlar. Uik-end günlərində yağıntı ehtimalı 10 faizi aşmır.

Ötüşmə iyunun 10-dan 12-dək keçiriləcək. Ötən il Azərbaycan mükafat yarışının bütün sessiyaları quru trasda keçirilib.

Həmin kateqoriyadan