Formula-1 pilotlarının bu il üçün gəlirləri

Formula-1 sürücülərinin bu il məvacibləri açıqlanıb. Allsport.az saytı xəbər verir ki, siyahıda ilk 2 pilləni ötən mövsümün əsas öndərləri Lüis Həmilton (“Mercedes”) və Maks Verstappen (“Red Bull Racinq”) tutur. Onların gəlirləri 40 milyon avroya çatacaq. Buraya reklan gəlirləri və digər bonuslar da daxildir.

İlk onluqda Daniel Rikkardo (“Maklaren”, 16 milyon), Fernando Alonso (“Alpine”, 15 milyon), Sebastyan Fettel (“Aston Martin”, 13 milyon), Şarl Lekler (“Ferrari”, 9 milyon), Corc Rassel (“Mersedes”, 4,5 milyon), Karlos Sayns (“Ferrari”, 3,5 milyon), Serxio Peres (“Red Bull Racinq”, 3 milyon), Valtteri Bottas (“Alfa Romeo”, 2 milyon), Esteban Okon (“Alpine”, 1,5 milyon), Ləns Stroll (“Aston Martin”, 1,2 milyon) və Lando Norris (“Maklaren”, 1 milyon avro) qərarlaşıblar.

Həmin kateqoriyadan