Gələn il Bakı Avropa qran-prisində daha enli təkərli bolidlər görünə bilər

Avtomobil şinləri istehsalçısı olan və Formula-1 ilə müqaviləsini 2019-cu ilədək uzadan “Pirelli” gələn il daha enli təkərlər istehsal edəcək. Allsport.az saytının məlumatına görə, bu barədə şirkətin rəhbəri Marko Tronketti “La Gazette dello Sport”a müsahibəsində deyib.

O bildirib ki, gələn il bolidlərin hər dövrəni 4-5 saniyə daha tez başa vurmasını gözləyirik. Bu, həm yeni dəyişikliklərin, həm də təkərlərin hesabına olacaq. Təkcə təkərlərin hesabına 2,5 saniyə sürətlənmənin olacağını düşünürəm.

Builki mübarizə barədə də danışan Marko Tronketti deyib: “Mövsüm sürprizlərlə doludur. “Renault” motorlarının inkişafı hesabına “Red Bull Racing” ilə mübarizə apara biləcək səviyyəyə çatıb. “Ferrari” bir qədər geridədir və ümid edirəm ki, onlar da aradakı fərqi bağlaya bilərlər”.

Qeyd edək ki, Formula-1 dünya çempionatı çərçivəsində nəzərdə tutulan Avropa qran-prisi daha 4 il Bakıda keçiriləcək.

Həmin kateqoriyadan