- Baxış sayı: 37
- 30 İyul 2026 00:21
- Baxış sayı: 74
- İyul 29, 2026
- 0

UFC-nin yarımağır çəkidə keçmiş titul döyüşçüsü Entoni Smit ABŞ-də həbs olunub.
Allsport.az xəbər verir ki, 38 yaşlı döyüşçü Nebraska ştatının Sarpi dairəsində saxlanılıb.
Məlumata görə, Smitə ailədaxili zorakılıq nəticəsində ağır bədən xəsarəti yetirmək, terror xarakterli hədələr səsləndirmək və birinci dərəcəli qanunsuz azadlıqdan məhrum etmə maddələri ilə ittiham irəli sürülüb. Hadisənin hansı şəraitdə baş verdiyi isə hələ açıqlanmayıb.
Entoni Smit peşəkar MMA karyerasında 61 döyüş keçirib. O, bu qarşılaşmaların 39-da qələbə qazanıb, 22-də isə məğlub olub. Smit 2019-cu ildə UFC-nin yarımağır çəkidə çempionluq kəməri uğrunda Con Consla qarşılaşsa da, hakimlərin yekdil qərarı ilə uduzub.
Təcrübəli döyüşçü 2025-ci ildə UFC-dən ayrıldığını açıqlasa da, karyerasını başa vurmayaraq, çılpaq əllə döyüşlər də daxil olmaqla müxtəlif turnirlərdə çıxışını davam etdirib.