Həmilton başa çatan mövsümü şərh etdi

“Mercedes”in pilotu Lüis Həmilton 2019-cu il mövsümündən danışıb. Allsport.az xəbər verir ki, britaniyalı yürüşçü 21 yarışda 11 qələbə qazanaraq, 6-cı dünya çempionluğunu şərh edib: “Bu mövsümün başlanğıcında maşını idarə etmək qeyri-adi dərəcədə çətin idi. Mövsümqabağı testlərdə də biz o qədər də yaxşı təsir bağışlamırdıq. Biz avtomobili lazımi qədər işləməyə məcbur edə bilmirdik və məlum olduğu kimi, yalnız sonuncu gün buna müvəffəq olduq. Sonra birinci mərhələyə gəldik və əla nəticə göstərə bildik”.

6 dəfə Formula1 üzrə dünya çempionu olan Həmiltonun “Mercedes”lə müqaviləsi 2020-ci ilin sonuna qədərdir.

Həmin kateqoriyadan