Hansı küşələrdə yollar bağlanacaq?

Formula-1 yarışına hazırlıq çərçivəsində trasda aparılan təmir işləri ilə əlaqədar, yolun Neftçilər prospektinin Azneft dairəsindən (Nefçilər prospekti və Niyazi küçələrinin kəsişməsi) “Abşeron” mehmanxanasına (Neftçilər prospekti və Puşkin küçələrinin kəsişməsi) qədər hissəsində hərəkət məhdudlaşdırılacaq.

Allsport.az saytı xəbər verir ki, yolun sözü gedən hissəsində yaranacaq sıxlığı nəzərə alaraq, sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur. 

Bakı şəhər halqası əməliyyat şirkəti yolların bağlı olmadığını, yalnız hərəkət zolağının sıxlaşdırıldığını bəyan edir. Sürücülərə anlayışlarına görə təşəkkür edir, hazırlıq işləri ilə bağlı yaranan müvəqqəti narahatlığa görə üzr istəyir.

Azərbaycan mükafat yarışı 10-12 iyunda keçiriləcək.

Həmin kateqoriyadan