Helmur Marko meksikalı sürücünün imkanını yüksək qiymətləndirib

Allsport.az saytı xəbər verir ki, “Red Bul” komandasının məsləhətçisi Helmur Marko, Serxio Peres haqqında danışıb. O, meksikalı sürücü barədə xoş danışıb:” Peres 2-mövsüm Ferstappenin komanda yoldaşı kimi çempionatı davam etməyi bacardı.

Əksər pilotlar kimi o,tez ruhdan düşmədi.Bu artıq böyük bir nailiyyətdir.Maks Fetstappenin zəif tərəfləri yoxdur,amma Peresin gücü onun təslim olmamasındadır. Kollektivin hədəfi mövsümün sonunda fərdi hesabda birinci ya 2-ci yerdə qərarlaşmaqdır.

Maksin lider olması önəmli deyil. Serxio Peres ilə müqaviləmiz 2024-cü ilə qədər qüvvədə qalacaq. Biz müqavilənin uzadılması haqqında danışıqlara başlamağa hazırıq. Görək işlər necə inkişaf edəcək. Hər halda belə məsələlər yay tatilindən əvvəl və ya sonra müzakirə olunur”.

Həmin kateqoriyadan