- Baxış sayı: 48
- 23 Avqust 2026 14:27

- Baxış sayı: 299
- Avqust 20, 2026
- 0


Tiflisdə keçirilən 7-qat SSRİ çempionu Mixail Xerqianinin xatirəsinə idman dırmanması turnirində Azərbaycan alpinizm federasiyasının təmsilçiləri uğurla çıxış edərək qayaya dırmanmada final mərhələsinə vəsiqə qazanıblar.
Allsport.az saytı xəbər verir ki, yarışda məşqçi Çingiz Tağızadənin rəhbərliyi ilə komandamız təsnifatda uğurlu nəticə göstərərək finala yüksələn ən güclü iştirakçılar sırasında yer alıblar.
Yarış Azərbaycan, Gürcüstan, Türkiyə, Rusiya, Ukrayna və Ermənistan nümayəndələrinin iştirakı ilə keçirilir. Turnirin reqlamentinə əsasən, final mərhələsində təsnifat mərhələsinin nəticələrinə görə qadınlar və kişilər arasında ilk səkkiz idmançı mübarizə aparır.