İlin ilk testləri başlayıb

Allsport.az saytı xəbər verir ki, Bəhreyinin Saxir trasında komandalar məşqlərə qatılıblar. Keçən mövsüm iıə müqayisədə, bu gün isti hava şəraiti müşahidə olunmur. Temperatur müsbət 24 dərəcədir. İlk olaraq məşqlərə “Mersedes”ın pilotu Corc Rassel başlayıb. Bu gün trasa çıxacaq sürücülərin adı məlum olub.

“Mersedes” – Corc Rassel, Lüis Həmilton
“Red Bull” – Maks Ferstappen
“Ferrari” – Karlos Sayns, Şarl Lekler
“Maklaren” – Oskar Piastri, Ləndo Norris
“Alpin” – Pyer Qasli, Esteban Okon
“Alfa Tauri” – Yuki Tsunoda, Nik De Vriz
“Alfa Romeo” – Çjou Quanyu, Valterri Bottas
“Haas” – Niko Hülkenberq, Kevin Maqnusen
“Uilyams” – Aleks Albon, Loqan Sarcent

Həmin kateqoriyadan