İspaniya qran prisinin biletləri sürətlə satılır

Allsport.az saytı xəbər verir ki, “Aston Martin”in sürücüsü Fernando Alonsonun Bəhreyndə uğurlu çıxışı ispaniyalı azarkeşləri çox ruhlandırıb. Yeni mövsümün iyun ayında keçiriləcək İspaniya mərhələsinə olan marağ daha da artırıb. Kataloniya trasının Karlos Sainz tribunasına biletlər dünən satışa çıxarılıb.

3.000-dən çox bilet 30 dəqiqə ərzində satılıb. Yarış həftə sonu üçün qiymətlər isə 180 avroya endirilib. Bu məbləğə 55 nömrəli papaq, pilotun loqotipinin nümayiş olunduğu bayraq və 6 ədəd “Estrella Qalisia” pivəsi təqdim olunacaq. Alkoqollu içki yarışdan sonra təklif ediləcək.

Həmin kateqoriyadan