İstiqlaliyyət küçəsində yolun üzü yenilənir

Bakı şəhər halqasında yolların yenilənməsi davam edir. Allsport.az saytı xəbər verir ki, trasın asfalt qatının təzələnməsi İstiqlaliyyət küçəsinə çatıb. Avtomobillərin hərəkətinin erkən məhdulaşmaması üçün işlər sürətlə və əsasən gecələr görülür.

Müşahidəmizə görə, proses bütün yarış dairəsini əhatə edəcək. Çünki xeyli müddətdir trasın yolu bunca geniş miqyasda yenilənmirdi.

Formula-1 dünya çempionatının 4-cü ötüşməsi – Azərbaycan qran prisi 28-30 apreldə baş tutacaq. Avtomobil həvəskarları yarış çərçivəsində mövsümün ilk sprint və Formula-2 ötüşmələrinə də tamaşa etmək imkanı qazanacaqlar.

Həmin kateqoriyadan