FOTO
İvana Bakıya şalvarsız gəldi, Fərzullayev Formula-1 qonaqlarını feyziyab etdirdi

“Paşa, bomba rabotayet. Dom Feyzulla bomba prişol”. Çərxi-fələk fırlandı, “Papaq” filmində bu səhnə yenidən Bakıda canlandı. Amma bu “bomba”, nə o bombadan, nə də dərviş Məstəli şahın Parisi “partlatdığı” bombadandır. Barıtı daha çoxdur, fısqırıqdır. Söhbət, xorvatiyalı model İvana Knöldən gedir. 31 yaşlı gözəlçə Bakı şəhər halqası əməliyyat şirkətinin (BŞHƏM) dəvəti ilə gəlib. Özü də necə gəlib, elə sevincək – hava limanında yadına düşüb ki, abırlı paltar götürməyi unudub.

Elə bilib Qətərdədir, dünya çempionatında. İstəyib əncir yarpağına bürünsün, bir də ayılıb Bakıda hələ əncir mövsümünə var. Tələm-tələsik əndamının bir hissəsinə nəsə keçirib “Hilton”a, ordan da “Ləndmark”a qaçib. Ərəb turistlər onu görcək, gözləri qamaşıb. Elə bizimkilər də az aşın duzu olmayıblar, xorvatiyalı model ilə şəkil çəkdirmək üçün günortadan növbəyə düzülüblər. İnsafən, İvana hamını yola verib. Bu işin ustasıdır axı. BŞHƏM-in yeni icraçı direktoru Maqsud Fərzullayev bilir kimdən toy tutmaq lazımdir.

Əbəs yerə gənclər və idman nazirliyinin yeni qərəzli rəhbərliyinin (oxu həm də əks-Azərbaycançılar!) təlimatı ilə oturub durmur. Onların təbirincə, təki pul gəlsin, ölkənin və hökümətin nüfuzuna xələl gəlsə də olar. Necə ki, icarə haqqı müqabilində 1-2 apreldə Sabunçu gənclər evində radikal müxalifətin toplantısında Heydər və İlham Əliyevlərin səhnədən portretlərinin götürülməsinə, eləcə də ümummilli liderin gənclərə nəsihəti olan barelyefin divarda örtülməsinə şərait yaradıblar. İvanaya gəlincə, o, öz kefindədir (yayılan xəbərə görə, onun buraya gəlməsinə əlli min avro xərclənib). İçəri şəhərdə qutab yeyib, sinəsini günə verir. Odlar yurdu 44-günlük şanlı qələbəsi ilə deyil, bu gözəlçə ilə təbliğ olunacaqsa, vay sonrakı halımıza. Qətərdə arxası topa bənzəyirdi, Bakıda bir neçə gündə yəqin Formula-1 maşınına…

Həmin kateqoriyadan