Kapitan Şimali İrlandiya millisinə qarşı oynamayacaq?

DÇ-2018-in seçmə qrup mərhələsində noyabrın 11-də Şimali İrlandiyaya qarşı oynayacaq millimiz dünən səfərə yola düşüb. Allsport.az saytı xəbər verir ki, heyətdə 24 futbolçu var. Ancaq onlardan biri barədə xəbər hamımızı üzə bilər.

Səhər keçirilən məşqdə kapitan Rəşad Sadıqov dizindən zədə alıb. Düşərgədən verilən məlumata görə, zədə ciddi deyil, ancaq “Qarabağ”ın müdafiəçisinin Şimali İrlandiyaya qarşı oynayıb-oynamayacağı dəqiq deyil. Bu suala qarşıdakı 2 gündə tam aydınlıq gələcək.

Həmin kateqoriyadan