Karlos Sayns SF-23 bolidindən şikayətlənib

Allsport.az saytı xəbər verir ki, Yeni mövsüm “Ferrari” komandası üçün uğursuz başlayıb. İki yarışdan sonra, kollektiv Mühəndislər kubokunun 4-cü pilləsində qərarlaşıb. Komandanın pilotu Karlos Sayns SF-23 modelindən bəhs edib:

”Son iki qran pridən sonra vəziyyət göstərir ki, bolidin heç bir ciddi problem yoxdur, amma trasda stabil performans göstərməyərək, şinlərin rezinini məhv edir. “Ferrari” həll yolunu tapmaq üçün resurslara malikdir və Maraneloda bu istiqamətdə işlər gedir.

Düzünü desəm, ötən ilki bolidin mübarizədə qalib gəlmə və təsnifat mərhələsinə keçməsi üçün darıxıram. Yeni SF-23 modeli haqqında hisslər bir az fərqlidir, xüsusən də yarışda. Pilotluqla bağlı heç bir narahatçılıq yoxdur.

Hələki təsnifat mərhələsində uğurlu dövrəyə imza atmamışam. Yarışlarda bolidin bacardığından maksimum istifasə edirəm. Təəssüf ki, hazırda bu o qədər də yüksək pillə ilə nəticələnməyib”.

Həmin kateqoriyadan