“Karyeramı “Alfa Tauri“ ilə davam etdirməkdən çox xoşbəxtəm“

“Alfa Tauri“ (keçmiş “Toro Rosso“) 2023-cü ildə Pyer Qasli ilə əməkdaşlığını davam etdirəcəyini rəsmən elan edib. Allsport.az saytı xəbər verir ki, fransalı sürücü 2017-ci ildən bu komandada çıxış edir. O, yeni müqavilə ilə bağlı bunu deyib:

​​“Mən 5 ildir ki, bu komanda ilə işləyirəm və birlikdə keçdiyimiz yolda qazanılan irəliləyişə fəxr edirəm. Karyeramı “Alfa Tauri“ ilə davam etdirməkdən çox xoşbəxtəm.

Bu ilki reqlament bizim qarşımıza yeni vəzifələr qoyub. Birlikdə növbəti 18 ay ərzində inkişafımızı planlaşdıraraq, gələcəkdə uğurlu nəticə əldə edə bilərik .”

Həmin kateqoriyadan