Könül Nurullayeva: Formula-1 ölkə iqtisadiyyatına böyük valyuta qazandırır

İslam həmrəyliyi idman federasiyasının icraiyyə komitəsinin azərbaycanlı üzvü Könül Nurullayeva, Odlar yurdunda keçiriləcək mükafat yarışının faydasından söz açıb. Allsport.az saytı xəbər verir ki, o, belə tədbirlərin həm də külli miqdarda qazanc gətirdiyini qeyd edib:

“2016-cı ildə Formula-1 təqvimindəki ilk çıxışından etibarən, yarışın Bakı mərhələsi qısa müddətdə dinamik nəticələrlə geniş tamaşaçı kütləsi toplayıb və pilotların sevimlisinə çevrilib. Formula-1-in yeni ünvanlarından olan Bakı, indi həm də dünyanın sürət paytaxtıdır.

İyunun 10-12-də keçiriləcək mötəbər yarış 6-cı dəfə Bakı küçələrində öz azarkeşlərinə möhtəşəm həyəcan yaşadacaq. Ötən il pandemiya səbəbindən yarışlar tamaşaçılarsız keçirildi. Amma bu il Azərbaycan qran-prisini yenidən canlı izləmək imkanı olacaq.

Üstəlik, Formula-1 yarışı ölkəmizə turist cəlb edir. Əcnəbilər Azərbaycanda hər il təqribən 1,5-2 milyard dollar pul xərcləyirlər. Bu da ölkə iqtisadiyyatına böyük valyuta axını deməkdir. Yəni, bu cür tədbirlərə ev sahibliyi edən ölkələr sərmayə qoymaqla yanaşı, həm də qazanc əldə edir”.

Həmin kateqoriyadan