Ləndo Norris: “Maklaren”də durumdan razıyam

Allsport.az saytı xəbər verir ki, “Maklaren”ın pilotu Ləndo Norris komandanın təkmilləşməsini bir neçə il gözləyəcəyini açıqlayıb. O, inamını itirməyib. Bu yaxınlarda “Red Bull“un rəhbəri Kristian Horner onunla danışıq apardığını açıqlayıb.

Yayılan xəbərdən sonra, britaniyalı sürücüyə diqqət daha artıb. MCL-60 yarış avtomobilinin təqdimat zamanı Norris müqaviləsinin 2025-ci ildə bitməsinə baxmayaraq, komandaya inamını itirmədiyini qeyd edib. Sürücü yayılan şailər ilə bağlı fikirlərini belə bölüşüb:

”Bəzən qarışıq hisslər keçirirəm. Mən rəqabətədavamlı pilot olduğum üçün, qalib gəlmək istəyirəm. Hərdən düşünürsən ki, daha yaxşı mövqedə olsaydın, nə edə bilərdin. Olduğum yerdən, özəlliklə, kollektivdən razıyam. Həm mənə, həm komandaya ümüd vermək üçün, bu vacib məqamdır.

Hazırda “Maklaren” yeni aerodinamilka borusunun təkmilləşməsi üzərində çalışır. Yenilik 2024-ci ilin yeni bolidlərində istifadə olunacaq. Bu səbəbdən yeniliklərin uğur gətirəcəyinə inanıram”.

Həmin kateqoriyadan