Ləns Strol: Albert park digər traslara bənzəmir

Allsport.az saytı xəbər verir ki, “Aston Martin” komandasının pilotu mövsümün 3-cü yarışına hazırlaşır. O, Avstraliya mükafay yarışı barədə bunu deyib:

”Ciddə mərhələsində mübarizədən kənar qalmaq məyusedici oldu. Bu səbəbdən, növbəti ötüşməyə qayıtmağı xüsusi intizarla gözləyirəm. Avstraliya qran prisi bu mövsüm artıq çıxış etdiyimiz traslara bənzəmir.

Ona görə, daha çox çalışmalıyıq. “Albert park” əla avtodromdur. Həftəsonu asfalt örtüyünün vəziyyəti daha da yaxşılaşacaq. Mən 9-10-cu döngələrin sürətli birləşməsini bəyənirəm. Melburn böyük şəhərdir və oradakı azarkeşlər möhtəşəmdir. Ümid edirəm ki, onları maraqlı yarışla sevindirəcəyik”.

Həmin kateqoriyadan