Lekler əfsanəvi Şumaxerın yarış avtomobilini sürüb

Allsport.az saytı xəbər verir ki, ”Ferrari”inin sürücüsü Şarl Lekler Əbu-Dabi trasında “Ferrari” F2003-GA modelinin sükan arxasına əyləşib. 20 il bundan öncə bu maşın əfsanəvi Mixael Şumaxerə məxsus olub.

”Skuderia” pilotları 2003-cü ildə mövsüm boyu 8-qələbə və 5-poul qazanıb. Həmin ildə almaniyalı 6-qat dünya çempionu olub. Komanda isə ,Mühəndislər kubokuna yiyələnib. Komandanın keçmiş prezidenti Jan Todt yürüşü izləmək üçün BƏƏ-yə səfər edib.

Onun rəhbərliyi dövründə hazırlanan bolidi yürüşlər zamanı yenidən trasda görmək Formula-1 adamına nostalji hisslər yaşadıb.

Həmin kateqoriyadan