- Baxış sayı: 37
- 03 Avqust 2026 23:58
- Baxış sayı: 238
- İyul 30, 2026
- 0

Keçmiş UFC çempionu (77 kq-a qədər) Leon Edvards açıqlama verib.
Allsport.az xəbər verir ki, britaniyalı idmançı tarixin ən yaxşı MMA döyüşçüsü adını çəkib:
“Ən yaxşı döyüşçüyə gəlincə, Con Cons deyərdim. İkinci yerdə Anderson Silva var”.
Con Consun 37 yaşı var. Amerikalı peşəkar döyüşçü kimi 2008-ci ildə debüt edib, daha sonra isə UFC-yə keçib. 2011-ci ilin mart ayında Cons təşkilatın orta ağır çəkidə çempionu olub (93 kq-a qədər). O, 8 dəfə titulunu müdafiə edib.