Lerikdə “Antidopinq dəyərləri”

AMADA-nın təhsil şöbəsi noyabrın 22-də Lerik rayon UGİŞM PHŞ-də “Antidopinq dəyərləri” seminarı keçirib. Allsport.az saytı xəbər verir ki, məşğələdə güləş, ağırlıqqaldırma, şahmat, futbol idman növləri ilə məşğul olan yeniyetmə və gənc iştirak edib. Tədbidrə ümumilikdə 215 şagird və 27 məşqçi müəllim də iştirak edib.

Onlara dopinq nəzarəti, qadağan edilmiş siyahı, terapevtik istifadə üçün İstisna icazəsi və antidopinq qaydaları haqqında ətraflı məlumat verilib. Seminar zamanı iştirakçılara dopinqin və xüsusilə də narkotik vasitələrin idmançı sağlamlığına təhlükələri haqqında məlumata geniş yer verilib. Dopinq nəzarəti haqqında animasiyalı videonu böyük maraqla izləyən seminar iştirakçıları seminardan öncə pre-test və seminardan sonrakı test vasitəsilə antidopinq sahəsində öz biliklərini yoxlayıblar.

Seminar zamanı sual cavablarda xüsusi fəallıq göstərən idmançılara AMADA tərəfindən xatirə hədiyyələri verilib.

Həmin kateqoriyadan