“Loqan Sarcentin öz sürəti var”

Allsport.az saytı xəbər verir ki, Bəhreyndə “Uilyams” komandasının yeni üzvü Loqan Sarcent 12-ci yeri tutub. Bu nəticə ilə gənc pilot ilin ən yaxşı debütantı olub. Onun komanda yoldaşı Aleks Albon bu nəticəni yüksək qiymətləndirib:

”Loqan çox sürətlidir. O, öz sürətini helə keçən il göstərib. Təbii sürətə malik olan pilotlardandı. Loqannın hələ təcrübəsi azdır. Bolidi hiss edir. Komanda ilə ünsiyyətdə olanda bizim öz fikirlərimizi bölüşürük.Onunla eyni dildə danışırıq. O, yaxşı təssürat yaradır”.

Həmin kateqoriyadan