Lüis Həmilton 5-qat dünya çempionudur!

Formula1 üzrə dünya çempionatında 19 mərhələ arxada qalıb. Allsport.az saytı xəbər verir ki, Mexiko avtodromunda keçirilən yürüşdə cari mövsümün qalibinin adına aydınlıq gəlib.

Qran-prilər ekvator xəttini adlayandan sonra sürət yığan Lüis Həmilton, ötən rəqabətdə də “Ferrari”dən əsas izləyicisi olan Sebastyan Fettel arasında ciddi fərq yaradaraq, zirvəyə yüksəlməkdə şübhə yaratmayıb. Briyaniyalı sürücü Mexiko avtodromunda 4-cü olsa da, topladığı 12 xal onu vaxtından əvvəl çempionluğunu rəsmiləşdirdib.

Meksika mükafat yarışını “Red Bull”un pilotu Maks Ferstappen qazanıb. “Ferrari”nin üzvləri – Sebastyan Fettel  finişə 2-ci, Kimi Rəykkönen 3-cü çatıb.

Növbəti, Braziliya  qran-prisi 9-11 noyabrda San-Paulu avtodromunda keçiriləcək.

Həmin kateqoriyadan