Lüis Həmilton qadağalara qarşı çıxıb

Beynəlxalq avtomobil federasiyasının qərarına əsasən, yeni mövsümdən pilotların söz azadlığı ilə bağlı məhdudiyyətlər müəyyən olunub. Allsport.az saytı xəbər verir ki, FİA-nın icazəsi olmadan sürücülərə siyasi mövgeyilərini ifadə etmək qadağan edilib. “Mersedes”in 7-qat dünya çempionu mümkün cəzaların və sanksiyaların onun mövgeyisini dəyişməyəcəyini deyib:

”Bu qaydanın qəbul olunması heç təccüblənmədim. Məni narahat edən ,aktual mövzülarda fikirlərimi bildirməyə heç nə mane ola bilməz. Fikrimcə, həssas mövzüları gündəmə gətirərək, ətrafl mərifləndirməliyik.

Bütün cərimə və cəzalara baxmayaraq, fikrimdən geri dönməyəcəm. Bizim diqqət yetirməli olduğumuz çox sahələr var. Stefano Domenikali də bizə dəstəkdir. Düşünürəm ki, bütün həmkarlarım pilotların söz azadlığının olması ilə razılaşır“.

Həmin kateqoriyadan