“Mən bilirdim ki, Alonso çempion olacaq”

Allsport.az saytı xəbər verir ki, “Beyond the Grid” youtube radio verlişində “Minardi” komandasının keçmiş rəhbəri Paul Stoddart, Fernando Alonsonun debüt mövsümdən bəhs edib. O, fikrini belə bölüşüb:

”İlk yarışından öncə 2001-ci ildə Alonso testlərdə yeni bolidi düz xətt üzrə cəmi 50 kilometr sürərək, yarışda 12-ci oldu. Alonsonu ilk dəfə 2000-ci ildə görmüşdüm. İspaniyalı pilot F3000 bolidi ilə “Astromega” komandasında çıxış edirdi.

Bizim kollektivimizdə Mark Uebber “European Arrous” üçün mübarizə aparırdı. Onun 2000-ci ildə Belçikanın Spa yarışında çıxışını xatırlayıram . Bu bir şah əsəri idi. Həmin qran-pridən sonra İspaniyalının mənim komandama düşməsi üçün əlimdən gələni edəcəyimə şübhəm yox idi. İndiki kimi o, sakit və çox təvazökar idi.

Həmin mərhələdəki ustalığının şahidi olduğum üçün hələ Formula1-in sükanı arxasına keçməmişdən əvvəl, “bu oğlan dünya çempionu olacaq” deyə qeyd etmişdim. Yalnız o, 2 deyil, 4-titul qzanmalı idi”.

Həmin kateqoriyadan