Mərkəzi yollarda quraşdırma işləri davam edir

Paytaxtda Formula-1 Azərbaycan qran-prisinə hazırlıq çərçivəsində quraşdırma işləri davam edir.

Allsport.az saytı xəbər verir ki, 1 iyunda gecə saatlarında İstiqlaliyyət küçəsinin Bünyad Sərdarov, Məmməd Əfəndiyev və Murtuza Muxtarov küçələri ilə kəsişmələri təhlükəsizlik sədlərinin quraşdırılması səbəbilə bağlanacaq.

Bu küçələrdə nəqliyyatın hərəkəti yarış bitdikdən sonra bərpa olunacaq. Sürücülərdən alternativ yollardan istifadə etmələri xahiş olunur.

Azərbaycan mükafat yarışı 10-12 iyunda keçiriləcək. Bakı şəhər halqası əməliyyat şirkəti sürücülərə anlayışlarına görə təşəkkür edir.

Həmin kateqoriyadan