Məşhur bolqarıstanlı gimnast velosiped federasiyasının qonağı olub

Milli gimnastika arenasında bədii gimnastika üzrə 1-ci “Ocaq” beynəlxalq kuboku ilə bağlı ölkəmizdə səfərdə olan məşhur bolqarıstanlı mütəxəssis Tanya Stavreva velosiped federasiyasının qonağı olub. Allsport.az saytı xəbər verir ki, AVF-nin baş katibi Elnarə Musayeva və Respublika velotrekinin direktoru Tamerlan Salahov onu idman qurğusu ilə yaxından tanış ediblər.

Qonaq yarış treki, BMX meydançası, velosiped boksları, fitnes zalı, velosipedə aid muzey, Respublika Velotrekinin tərkibində fəaliyyət göstərən hotel və Respublika olimpiya ehtiyat qüvvələri ixtisaslaşdırılmış uşaq-gənclər velosiped məktəbində olub. Dünya və Avropa çempionu AVF-in iş otaqlarına baş çəkərək federasiyanın əməkdaşları ilə söhbət edib.

Həmin kateqoriyadan