Məşhur dicey Kelvin Harris Ciddə yarışında

Allsport.az xəbər verir ki, dünyaşöhrətli şotlandiyalı musuqiçi Formula-1 yarışında çıxış edəcək. Səudiyyə Ərəbistanı mərhələsinin təşkilatçıları bu haqda açıqlama veriblər. Eyni zamanda, məşhur bəstəkar, produser həftəsonu azarkeşlərə möhtəşəm şou təqdim edəcək.

Səudiyyə Ərəbistanı bundan öncə çox tanınmış amerikalı reper Travis Skott, niderlandlı dicey Afrocak və misirli Əhməd Saadı qəbul edib. Bu yaxınlarda siyahıya Kelvin Harris əlavə olunacaq.

Səudiyyə Ərəbistanı qran prisi Ciddə şəhərində 17-19 martda keçiriləcək.

Həmin kateqoriyadan