Madrid mərhələsi olacaqmı?

Allsport.az saytı xəbər verir ki, bu günlərdə İspaniya paytaxtında Formula-1 yarışına həsr olunmuş sərgi keçirilib. Açılışda çempionatın rəhbəri Stefano Domenikali iştirak edib. O, fikrini belə bölüşüb:

”Madriddə layihə üzərində işləyirlər. Bizim Formula-1 yarışlarına qatılmaq istəyən namizədlərimizin çox olması, sevindirici haldır. Yarışlar bütün dünyada məşhurdur. İspanlar qran priləri həvəslə izləyirlər.

Mən Fernando Alonso ilə işləmişəm və onu yaxşı tanıyıram. Bu ölkədə azarkeşlərin sayının artması xoş bir haldır. Burada Karlos Saynsın da rolu var. Madrid qran prisinin keçirilməsi haqqında təklif var. Hazırda Barselona yarışı təqvimdə yer alıb.

Gələcəkdə burada 2 mərhələ keçirilə bilər. Biz Barselona ilə əməkdaşlıqdan məmnunuq. Madrid-də öz növbəsində bu sıraya qoşulmaq istəyir. Belə təkliflər Formula-1 çempionatının xeyrinədir“.

Həmin kateqoriyadan