Madriddə F-1 sərgisində bu qəzalı bolid nümayiş olunacaq

Allsport.az saytı xəbər verir ki, Kral avtoyarışların məşhur simalarının aid ekspanatlar nümayiş olunacaq. Əsas diqqət çəkən məqamlardan biri, 3 il əvvəl Roman Qrojanın qəza keçirərək yanan bolidini nümayişidir. Dünyanın ən məşhur avtomobil yarışlarından hesab edilən Formula-1 populyarlığını sürətlə artırır. Kral avtoyarışları həm də ən təhlükəli idman növlərindən biri sayılır.

Çempionatın böyük maraqla izlənilən hər mərhələsi bəzən qəzasız ötüşmür. Son illərin ən dəhşətli qəzalarından biri, 2020-ci ildə yaşanıb. “Haas”ın sabiq pilotu Roman Qrojanın Bəhreyin qran prisində sürətlə trasın kənarındakı səddə çırpılan bolidi iki yerə ayrılaraq alışıb. Nəticədə, fransalı pilot yanıq xəsarətlərı alıb.

Onun həmin yanmış bolidi Madriddə yerləşən sərgidə nümayiş olunacaq. Burda həmçinin çempionatının tarixinə, avtoidman dünyasının digər məşhur simalarına həsr olunmuş unikal ekspanatlar da azarkeşlərə təqdim olunacaq. Sərgiyə martın 24-dən start veriləcək.

Həmin kateqoriyadan