“Maklaren” yeni pilotu haqqında açıqlama verib

Allsport.az saytı xəbər verir ki, Britaniyanın komandasının rəhbəri Andrea Stella gələn həftə keçiriləcək Avstraliya qran prisində doğma azarkeşləri önündə Oskar Piastrinin böyük təzyiqə məruz qalmayacağını düşünür. Yerli tamaşaçılar qarşısında çıxışı zamanı gənc sürücü ölkənin bir çox KİV nümayəndələrinin diqqət mərkəzində olacaq.

Hələki debütant mövsümü uğurla başlamayıb. Avstraliyalı çempionatın ilk yarışı Bəhreyndə texniki problemlərə görə, finişə çata bilmədi. Səudiyyə Ərəbistanı yarışında isə “MCL-60” modeli start həyacanında yaşanılan toqquşmadan sonra, qaraja qayıtmalı olub. Nəticədə, o, 15-ci yerdə qərarlaşıb. 21 yaşlı pilot öz sürətini Ciddə trasında artıq təqsdiqləmyi bacarıb. Piastri təsnifatda 9-cü yerə yüksəlib.

Həmin kateqoriyadan