- Baxış sayı: 42
- 17 Sentyabr 2026 14:03
- Baxış sayı: 72
- Sentyabr 17, 2026
- 0

UFC-nin sabiq çempionları Konor Makqreqor və Maks Holloueyin revanş döyüşündən qazandıqları məbləğ bəlli olub.
Allsport.az xəbər verir ki, UFC 329 turniri çərçivəsində Las Veqasda keçirilən döyüşdə Hollouey qalib gəlib.
Makqreqor baza qonorarı kimi 15,04 milyon dollar qazanıb. Hollouey isə bu döyüşdən 5,08 milyon dollar gəlir əldə edib.
Rəqiblər arasında ilk döyüş 2013-cü ildə baş tutub və Makqreqor yekdil hakim qərarı ilə qalib gəlmişdi. İrlandiyalı döyüşçü son olaraq 2021-ci ilin iyulunda oktagona çıxmışdı. Onun 5 illik fasilədən sonrakı qayıdışı Holloueyə texniki nokautla məğlubiyyətlə başa çatıb.