Mariya Şarapova nömrəsini paylaşdı: “Mənə yazın, görüm, necəsiniz”

Rus tennisçi Mariya Şarapova maraqlı addım atıb. Allsport.az saytı xəbər verir ki, karyerasını bitirmiş 32 yaşlı idmançı “Instagram”da nömrəsini paylaşıb və izləyicilərin ona mesaj yazmağını istəyib:

“Ötən həftə 150 izləyici ilə əla videokonfrans təşkil etdik. Söhbəti başa vursaq da, onlayn danışıqlara davam etmək istəyirəm. Hamımız koronavirusa görə eyni durumdayıq.

Yeni nömrə aldım. Onu sizin üçün paylaşıram: 310-564-7981. Mənə yazın! Bu, həqiqətdir. Danışın görüm, necəsiniz, sual verin və yaxud sadəcə, salam yazın”.

Həmin kateqoriyadan