“Mercedes” komandasının pilotu Niko Rosberq Formula-1 Bakı mərhələsinin qalibi oldu

“Mercedes” komandasının pilotu Niko Rosberq Bakıda keçirilən Formula-1 Avropa qran-prisinin qalibi olub. Allsport.az saytı xəbər verir ki, 2-ci yeri “Ferrari”dən Sebastayn Fettel (+16.6), 3-cü sıranı “Force India”dan Serxio Peres (+25.2) tutublar.

Formula-1 Avropa qran-prisində 4 pilot mübarizəni dayandırıb. “Toro Rosso” komandasının hər iki pilotu – Daniil Kvyat 6-cı, Karlos Sayns 33-cü döngədə mübarizəni dayandırıb. Həmçinin “Manor”un pilotu Paskal Verlayn 40-cı döngədə trasdan çıxıb. “McLaren” pilotu Fernando Alonso isə 42-ci döngədə boksa girib.

Həmin kateqoriyadan