“Mersedes” V-14 Silverstonda. Almaniya komandasının sürücüləri tras barədə nə deyiblər?

Allsport.az saytı xəbər verir ki, Almaniya komandası yeni modelinin tədimatını keçirib. Tədbirin rəsmi hissəsindən sonra, kollektivin sürücüləri Britaniyanın Silverston trasında yürüşlərə çıxıb. Komandanın sürücüləri yeni yarış avtomobilini sınaqdan keçirib və təssüratları belə bölüşüblər.

Corc Rassel: ”Trasa yenidən qayıtmaq möhtəşəm bir hissdir. Bu modelin sükan arxasında olmaqdan qürür duyuram. Bizim yeni mövsüm ilə bağlı ciddi niyyətimiz var”.

Lüis Həmilton: ”Ən vacib məqam gəlib çatdı. Bizim sevincimizi Milad Bayramı ilə müqayisə etmək olar, çünki yeni bolid bizim ixtiyarımıza verilib”.

Komandanın rəhbəri Toto Volf, öz növbəsində, yeni yarış avtomobilinin trasda yaxşı təsir bağışladığını qeyd edib.

Həmin kateqoriyadan