“Mersedes” yenə dubl etdi, “Red Bull Xonda”nın sürücüsü 3-cü oldu

Bu gün Toskanı qran-prisi çərçivəsində Mucello trasında Formula1 dünya çempionatı çərçivəsində 9-cu mərhələ sona yetib. 

Allsport.az saytı xəbər verir ki, 59 dairənin yekununda dramatik ötüşmədə Lüis Həmilton 1-ci yerə çıxıb. Halbuki britaniyalı sürücüyə 2 dəfə qırmızı bayraq kəsilib. “Mersedes”in sürücüsü İtaliyada 2 saat 19:35.060 saniyə vaxt sərf edib.

Onun komanda yoldaşı Valtteri Bottas finişə 2-cü çatıb. İlk üçlüyü “Red Bull Xonda”dan Aleksandr Albon qapayıb. Almaniya komandası 2 ötüşmə öncə, Belçika mükafat yarışnda da dubl etmişdi.

Növbəti ötüşmə 2 həftə sonra Rusiyanın Soçi şəhərində olacaq.

Həmin kateqoriyadan